Müharibədən sonra titrəmələr – Bunun nə qədər çəkəcəyi məlum deyilbackend

Müharibədən sonra titrəmələr – Bunun nə qədər çəkəcəyi məlum deyil

Qalib Arif

Məlum olduğu kimi, bunları hər ikisi fəlakətdir, dəhşətli fəlakətdir.  Zəlzələlər təbiətin əli ilə törədulən təbii, müharibələr insan əli ilə törədilən insani fəlakətdir. Birincilər təbiətdə, ikincilər cəmiyyətdə böyük faciələrə,  kataklizmlərə səbər olur. Amma bu fəlakətlərin fərqli cəhətləri olduğu kimi, bəzi oxşar cəhətləri də var. Mənim də məqsədim bu məqamları çatdırmaqdır…

Deməli, zəlzələlər bir qayda olaraq, saniyələrlə, bəzən dəqiqələrlə davam edir. Zəlzələlərdən əvvəl saatlarla, bəzən günlərlə “forşok”lar (zəlzələdən əvvəlki titrəmələr) müşahidə erilir. Zəlzələdən sonra isə “aftaşok” lar (zəlzələdən sonrakı titrəmələr) davam edir, arabir günlərlə çəkir. Yeri gəlmişkən, zəlzələlərin proqnozlaşdırılması da “forşoklar”ın izlənilməsinə və qeyd edilməsinə əsaslanır. Amma burda 100 faizlik zəmanət yoxdur, nəticə əllinin əlliyədir. Yəni forşakların yalnız yarısı zəlzələ ilə nəticələnir, yarısı isə, türkün sözü  boş verir… “Aftaşok”larla da vəziyyət belədir, bəzən yenidən zəlzələ baş verir…

Və keçək mətləbə… Müharibələr də zəlzələlər kimidir, əvvəl “forşok”lar baş verir, sonra “aftaşok” lar gəlir. Müharibələrin proqnozlaşdırılması da bir qayda olaraq, “forşok”lar izlənilməsinə və qeyd edilməsinə əsaslanır. Məsələn, Qarabağ Müharibəsindən əvvəl forşok”lar hardasa 2016-cı ildən başlayaraq, 4 il çəkdi. Amma Ermənistan tərəfi nəticə çıxara, müharibəni proqnozlaşdıra bilmədi. Nəticədə erməni faciəsi baş verdi, müharibəni uduzdular, hətta dövlətçiliyi itirmək təhlükəsi qarşısında qaldılar…

Hazırda müharibədə qələbədən sonrakı titrəmələr – “aftaşok”lar davam edir. Bunların nə qədər çəkəcəyi məlum deyil, bir il də, beş il də çəkə bilər. Azərbaycanda cəmiyyətinin səbirsiz və radikal təbəqəsi də bu “aftaşok”ları dəyərləndirə bilmir, konkret nəticələri bu gün, ya sabah gözləyir. II Qarabağ müharibəsində qələbədən sonra oyundankənar vəziyyətə düşən radikal müxalifət də fürsətdən istifadə etmək, hətta qələbəni ləkələmək yolu ilə gündəmə gəlmək istəyir.  Amma zaman öz sözünü deyəcək, müharibənin “aftaşok”ları  seyrələcək, hər şey öz qaydasına düşəcək. Xankəndidə Azərbaycan bayrağı yellənəcək, Azərbaycan manatı işləyəcək… Və böyük qələbəni ləkələmək istəyən radikal müxalifət də siyasi səhnədən birdəfəlik silinəcək…

Bəli, müharibələr də zəlzələlər kimidir, “aftaşok”ları dəyərləndirməmək, “forşok”ları dəyərləndirə bilməmək qədər faciədir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*