“Ermənistan mülki əhalini atəşə tutmağı dayandırmalıdır”.
KONKRET.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş prokurorluqda keçirilən mətbuat konfransında bildirib.
Kamran Əliyev qeyd edib ki, müharibənin əsasları, qaydaları var və Ermənistan bu prinsipləri kobud şəkildə pozur:
“Ermənilər ətraf rayon və şəhərlərdə dinc sakinlərə hücumu dayandırmalıdırlar. Biz bunu tələb edirik. Bu birbaşa beynəlxalq konvensiyalar və müharibə qanunlarının kobud şəkildə pozulmasıdır”.