Murad Dadaşovun müşaviri işdən çıxdı – SƏBƏBbackend

Murad Dadaşovun müşaviri işdən çıxdı - SƏBƏB

Xəzər Televiziyasının rəhbəri Murad Dadaşovun müşaviri Seymur Teymurov işdən çıxıb.

KONKRET.az xəbər verir ki, buna səbəb müəyyən narazılıqlar olub.

Belə ki, iki ay əvvəl Seymur Teymurov televiziyaya dəvət edilib və Murad Dadaşovun müşaviri təyin olunub.

Yeni layihə olan “1-ci Studiya” verilişinə də rəhbərlik ona tapşırılıb. Veriliş üçün reportajları isə “Xəzər Xəbər”in əməkdaşları hazırlayıb. S.Teymurov əlavə olaraq yeni komanda da toplayıb. İlk buraxılışı mayın əvvəlində efirə getməli olan veriliş yayıma çıxa bilməyib. Bu, yalnız iyunun əvvəlində baş tutub. Bütün reportajlar hazır olsa da, verilişin efirə çıxa bilməməsinin səbəbi fikir ayrılıqları olub. Nəticədə də S.Teymurov öz istəyi ilə Xəzər TV-dən uzaqlaşıb.

Verilişin hazırlanması “Xəzər Xəbər”in üzərində qaldığı üçün yeni gətirilən komanda da televiziyadan kənarlaşdırılıb./pravda.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*