İki dövlət prinsipi əsasında 1967-ci il sərhədləri daxilində paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması istiqamətində ciddi addımlar atılmasının vaxtı çatıb.
KONKRET.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan livanlı həmkarı Abdullah Buhabib ilə birgə mətbuat konfransında deyib.
“Uzun illərdir ki, hegemon güclər bizə Fələstin probleminin əsl mahiyyətini unutdurmaq üçün medianın təsirindən istifadə ediblər, buna son qoymağın vaxtı çatıb”, – Fidan bildirib.
Nazirin sözlərinə görə, İsrail-Fələstin münaqişəsi daha böyük müharibəyə çevrilə bilər, lakin bu, həm də sülh üçün tarixi fürsət yarada bilər.
“Prezidentimiz əmindir ki, belə bir tarixi sülh mümkündür”, – Fidan əlavə edib.
Ariz Həsənoğlu,
KONKRET.az
