Müxbir sözünü çevirincə Tramp dəliyə döndü və reportajı kəsdibackend

Müxbir sözünü çevirincə Tramp dəliyə döndü və reportajı kəsdi

ABŞ-ın eks prezidenti Donald Tramp müsahibə zamanı müxbirə əsəbləşərək reportajı yarıda kəsib. 

KONKRET.az xəbər verir ki, Tramp hazırki prezident Co Baydenlə birlikdə müsahibə vermək istədiyini deyib. Müxbirə bildirib ki, baxın, elə indiki kimi birlikdə müsahibə verək. Daha sonra Tramp Baydenin mağazadan dondurma alıb çıxarkən müxbirlərlə danışmasına toxunub.

“Dondurmanın şokolad parçaları ilə olduğunu dedi. Həmin vaxt o bir skandalın ortasında idi”, – Tramp deyib.

Müxbirin “yox, deyildi” deyə Trampın fikirlərinin əksinə fikir söyləməsi isə Trampı özündən çıxardıb.

Tramp “Zənnimcə, burada yetərincə müsahibə verdik” deyərək müsahibəni yarıda kəsib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*