Muzdlular Azərbaycanın qorxusundan Ermənistanı TƏRK EDƏ BİLMİRLƏRbackend

Muzdlular Azərbaycanın qorxusundan Ermənistanı TƏRK EDƏ BİLMİRLƏR

Muzdlular Azərbaycanın qorxusundan Ermənistanı tərk edə bilmirlər.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, “Xaçlılar”” dəstəsinin “könüllüləri” Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası keçiriblər.

Onlara ödənişlər azaldılıb, gecikmələrlə verilir. Bundan başqa, 44 günlük müharibədə iştirak edən bir çox erməni könüllüləri hələ də hərbi əməliyyatların iştirakçısı statusu almayıblar.

“Könüllülərin demək olar ki, 80%-nin evi yoxdur və indi kirayə haqqını ödəyə bilmirlər. Belə çıxır ki, könüllü döyüş vəziyyətində olarkən onun uşaqları evdən çıxarılır”, – deyə dəstənin komandiri Sarqis Poqosyan bildirib.

O, əlavə edib ki, “könüllülər” Müdafiə Nazirliyi qarşısında məsələ qaldırıblar, lakin onları hökumətlə əlaqə saxlamağa çağırıblar.

Onun sözlərinə görə, dostlarından bəziləri müalicə üçün getmək istəsələr də, bunu edə bilməyiblər.

Çünki Azərbaycanın tələbi ilə 44 günlük müharibədən sonra İnterpol bazasındadırlar. Ümumilikdə 303 “könüllü” axtarışdadır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*