Naməlum mənşəli pnevmoniyadan 3 nəfər öldübackend

Naməlum mənşəli pnevmoniyadan 3 nəfər öldü

Argentinada həftə ərzində naməlum mənşəli pnevmoniyadan 3 nəfər ölüb.

KONKRET.az-ın “France-24”ə istinadla xəbərinə görə, ölüm halları ölkənin cənubundakı Tukuman şəhərində qeydə alınıb. Xəstəliyə tutulan 9 nəfərdən səkkizi eyni xəstəxanada işləyir. Laborator analizlər zamanı onlarda Covid-19, qrip, hantavirus (gəmiricilərdən keçən virus) aşkar edilməyib. Analiz nümunələri təkrar yoxlanmaq üçün paytaxt Buenos Ayresdəki Mərkəzi laboratoriyaya göndərilib.

Argentina Səhiyyə Nazirliyi bildirir ki, patologiyanın səbəbi naməlum virus ola bilər. Bu məqsədlə xəstəxananın su sistemindən və kondisionerlərdən nümunələr götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*