Namiq Hümmətov Daşkəsəndə vətəndaşları qəbul edibbackend

Namiq Hümmətov Daşkəsəndə vətəndaşları qəbul edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov noyabrın 29-da Daşkəsən şəhərində vətəndaşları qəbul edib. 

KONKRET.az xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.

Gəncə, Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayon sakinləri ilə keçirilən görüşdə vətəndaşların torpaq münasibətləri və tikintiyə icazə icraatı ilə bağlı sualları cavablandırılıb, şəhərsalma qanunvericiliyinin tələbləri və prosedurları barədə ətraflı məlumat verilib.

Namiq Hümmətov səfər çərçivəsində həmçinin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovla görüşərək,  şəhərin Baş Planının icra vəziyyəti, sakinlərin həyat keyfiyyətini yüksəltmək və rahatlığını təmin etmək məqsədilə ictimai məkanların yaradılmasına dair planlaşdırılan işləri müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*