Hərraca çıxarılan “Britaniyada Asteriks” komiksinin orijinal üz qabığı 34×47 santimetr ölçüsündədir. Əsər məşhur rəssam Alber Uderzo tərəfindən karton üzərində quaş texnikası ilə işlənib.
KONKRET.az xəbər verir ki, komissiya haqları da nəzərə alınmaqla alıcı əsər üçün ümumilikdə 1,474 milyon avro ödəyib.
Bu məbləğ Uderzonun əsərləri arasında hərracda əldə olunan rekord qiymət hesab olunur.
Alber Uderzo italyan əsilli fransız komiks rəssamıdır. O, məşhur “Asteriks və Obeliks” komiksinin yaradıcılarından biridir. Uderzo bu əsəri yazıçı Rene Qossinni ilə birlikdə yaradıb.
Ağagül Mürsəlov,
KONKRET.az
