NASA-nın Ay missiyası yenə təxirə salındıbackend

NASA-nın Ay missiyası yenə təxirə salındı

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) kosmik gəminin sentyabrın 27-nə planlaşdırılan Aya buraxılışını qeyri-müəyyən müddətə təxirə salıb. Qərar “İan” tropik qasırğasının raketin qalxacağı Floridaya yaxınlaşması ilə əlaqədar qəbul edilib.

KONKRET.az xəbər verir ki, bu barədə NASA-nın sosial şəbəkələrdəki rəsmi səhifəsində məlumat yerləşdirilib.

Qeyd edək ki, təşkilat avqustun 29-u və sentyabrın 3-də “Orion”u kosmosa çıxarmağa cəhd edib. Hər iki dəfə raketə yanacaq doldurarkən hidrogen sızması aşkar edildikdən sonra uçuş ləğv edilib.

NASA ekspertləri hesab edir ki, sızıntılar raketin özündə deyil, yanacaqdoldurma avadanlığında yaranan problemlərlə bağlı olub. Ona görə də uçuşa heç bir maneə yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*