NATO-nun bu ölkədəki bazası bağlandıbackend

NATO-nun bu ölkədəki bazası bağlandı

NATO-nun Norveçin şimalındakı Andoya adasındakı aviabazası texniki problemlərlə əlaqədar bağlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Forsvarets forum” məlumat yayıb.

“Aviabaza komandiri, polkovnik-leytenant Eysteyn Dahlberq uçuş-enmə zolağında beton çatlar, torpaq eroziyası olduğundan hərbi obyektin bağlanmasına qərar verib. Bu şəraitdə uçuşlar pilotlar və təyyarələr üçün təhlükə hesab edilib”, – deyə məlumatda bildirilir.

Xəbərdə qeyd olunur ki, sözügedən aviabaza 2016-cı ildən NATO qüvvələrinə dəstək bazası və alternativ aerodrom kimi istifadə edilib.

Aerodromun bağlanması qərarından sonra bazanın funksiyaları Norveçin şimalındakı digər obyektlərə həvalə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*