NATO-ya üzv ölkələr nüvə silahının hazır vəziyyətə salınmasının zəruriliyi ilə bağlı məsləhətləşmələrə başlayıb.
KONKRET.az “The Daily Telegraph”a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib .
“Mən neçə nüvə başlığının işlək olması və onların necə saxlanması barədə əməliyyat təfərrüatlarına varmayacağam, lakin bu məsələlərlə bağlı məsləhətləşməliyik. Biz məhz belə edirik”, – Stoltenberq bildirib.
İyunun 17-nə keçən gecə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu dünyada döyüş hazırlığı vəziyyətində olan nüvə başlıqlarının sayının artdığını elan edib .
İyunun 13-də Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, NATO-nun hərbi planlaşdırılmasında nüvə silahının rolu artır və onun digər Avropa ölkələrində yerləşdirilməsi ilə bağlı danışıqlar gedir.
Orxan
KONKRET.az