NATO təyyarəsi Polşaya düşən raketin trayektoriyasını İZLƏYİBbackend

NATO təyyarəsi Polşaya düşən raketin trayektoriyasını İZLƏYİB

Şimali Atlantika Alyansının (NATO) təyyarəsi Polşa ərazisinə düşən raketin trayektoriyasını izləyə bilib.

KONKRET.az xəbər verir ki, bu barədə “CNN” telekanalı adı açıqlanmayan Alyans nümayəndəsinə istinadən məlumat yayıb:

“Raketin kursu ilə bağlı kəşfiyyat məlumatları NATO və Polşaya verilib”.

Lakin o, raketin buraxılış yeri barədə məlumat verməyib.

Onun sözlərinə görə, raketi izləyən təyyarə çərşənbə axşamı Ukrayna ərazisi ətrafında müntəzəm kəşfiyyat uçuşu həyata keçirib.

Qeyd edək ki, Polşa Xarici İşlər Nazirliyi ölkənin şərqindəki Pşevodov kəndi ərazisinə Rusiya istehsalı olan raketin düşməsi nəticəsində iki nəfərin həlak olması ilə bağlı bəyanat yayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*