“The New Times” jurnalının baş redaktoru Yevqniya Albats Rusiya müxalifətinin mərhum lideri Aleksey Navalnının həbsxanada zəhərləndirilərək öldürüldüyünü iddia edib.
KONKRET.az xəbər verir ki, bu barədə baş redaktor “Dojd” telekanalına müsahibəsində danışıb.
Onun müsahibəsinə səbəb “Facebook” səhifəsində paylaşdığı bu post olub: “Bu gün Aleksey Navalnının Xarp koloniyasında öldürülməsindən üç ay ötür. Onun həbsxananın həyətində necə gəzdiyini, qəfil çömbələrək ağrısını boğmaq üçün necə əyildiyini, məhbusların onu cəza kamerasına necə sürüklədiyini, necə qıvrıldığını, həkimlərin bunu embrion vəziyyət adlandırdığını, “mənim hər yerim yanır, hər yerim yanır…” sözlərini təkrarlaya-təkrarlaya necə inlədiyini görürəm…”.
Baş redaktor deyib ki, bu mənzərəni müxtəlif insanlarla danışması əsasında təsvir edib: “Aleksey çox ağır əzab işində ölüb. Onun qarnında dəhşətli ağrıları olub”.
“Belə başa düşürəm ki, sizdə baş verənlərin şahidi olan insanlardan üçüncü şəxslər vasitəsilə məlumat var?” sualına baş redaktor təsdiqləyici cavab verib.
Xatirə SADİQ,
KONKRET.az
