Navalnının vəkillərinin həbs müddəti uzadıldıbackend

Navalnının vəkillərinin həbs müddəti uzadıldı

Moskvanın Basmannı rayon məhkəməsi Aleksey Navalnının iki vəkili – Aleksey Liptser və Vadim Kobzevin həbs müddətini uzadıb.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, istintaqın tələbi ilə həbs müddəti avqustun 3-dək uzadılıb. Onların həbs müddəti iyunun 13-də başa çatacaqdı.

Bundan öncə isə Navalnının digər vəkili İqor Serqunin də həbs edilib. Məhkəmə onun həbs müddətinin uzadılmasına bu gün baxmalıdır.

Liptser, Kobzev və Serqunin axtarışlardan sonra 2023-cü il oktyabrın 13-də saxlanılıb. Həmin gün məhkəmə hər üçünün barəsində həbs qərarı verib.

Vəkillər Cinayət Məcəlləsinin 282.1 (ekstremist icmada iştirak) maddəsi üzrə ittiham olunurlar. Müdafiəçilərin hüquqi yardım zamanı öz statuslarından istifadə edərək, ekstremist icmanın rəhbərləri, iştirakçıları və lider funksiyalarını yerinə yetirməyə davam edən Aleksey Navalnı arasında məlumatların müntəzəm ötürülməsini təmin etdikləri iddia edilib. Onları 6 ilə qədər həbs cəzasl gözləyir.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*