Nazarbayev və Putin Moskvada görüşüblər.
KONKRET.az xəbər verir ki, bu barədə respublikanın keçmiş rəhbərinin rəsmi saytında məlumat verilib. Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb və onu Rusiya Günü münasibətilə təbrik edib.
Agentliyin məlumatına görə, görüş dostluq xarakteri daşıyıb və tərəflər Qazaxıstanla Rusiya arasında əməkdaşlığın bərabər dialoq əsasında inkişaf etdiyini vurğulayıblar.
Siyasətçilər, həmçinin bir-birlərinə cansağlığı arzulaıblar və iki ölkənin “xalqlarının firavanlığı naminə” vaxtaşırı görüşə və əlaqələri davam etdirəcəklərinə ümidlərini bildiriblər.
Nazarbayevin Moskvaya gəlişi cümə günü, iyunun 10-da məlum olub. “Orda” xəbər verir ki, siyasətçi xüsusi olaraq Rusiya lideri ilə görüşə gəlib.
Xuraman Etibarlı,
KONKRET.az
