Nazir İmran Mustafayevi Türkiyədə nümayəndə təyin etdibackend

Nazir İmran Mustafayevi Türkiyədə nümayəndə təyin etdi

Azərbaycanın Gürcüstandakı səfirliyinin nəzdində Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis polkovniki İmran Mustafayev vəzifəsindən azad edilib.

KONKRET.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə polis polkovniki İmran Mustafayev Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində DİN-in nümayəndəsi təyin edilib.

Hələlik Azərbaycanın Gürcüstandakı səfirliyinin DİN nümayəndəsinin rəhbəri vəzifəsinə təyinat olmayıb.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*