Nazir vergi qanunvericiliyinin təkmilləşdirilməsindən DANIŞDIbackend

Nazir vergi qanunvericiliyinin təkmilləşdirilməsindən DANIŞDI

“Ölkə sisteminin dayanıqlığını artırmaqla əhalinin iqtisadiyyata, gəlirlərə əlçatanlığını təmin etməliyik”.

KONKRET.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qloballaşma və artan bərabərsizliklər” adlı paneldə deyib.

Onun sözlərinə görə, Azərbaycan vergi sahəsi ilə bağlı müəyyən normativ sənədlərin hazırlanması üzərində çalışır:

“Cəmiyyətin dəyərlərinə də biz diqqət yetirməliyik. Vergilər ölkədə olan şəraitlərə uyğunlaşmalıdır. Bununla bağlı qanunvericilik aktlarımızın təkmilləşdirməsini davam etdirəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*