Nazirdən həbs edilən direktorun yerinə TƏYİNATbackend

Nazirdən həbs edilən direktorun yerinə TƏYİNAT  

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə direktor təyin edilib.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən Fəzail Sadıqov Respublika Narkoloji Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. O, bu təyinatadək Bakı Şəhər Narkoloji Dispanserində çalışıb.

Xatırladaq ki, Respublika Narkoloji Mərkəzinin sabiq direktoru Elşən Mustafayev 2024-cü ilin mart ayında barəsindəki korrupsiya faktlarına görə həbs olunub. (Unikal)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*