Naziri daşıyan təyyarə eniş zolağından çıxdıbackend

Naziri daşıyan təyyarə eniş zolağından çıxdı

Fransanın yerli idarəetmə üzrə naziri Karolin Kayeni daşıyan təyyarə Parisə qayıdarkən eniş zolağından çıxıb.

KONKRET.az “France Info” radiosuna istinadən xəbər verir ki, bu barədə nazirin özü tviterdə məlumat verib.

O, hadisənin Orli hava limanında baş verdiyini bildirib.

Məlumata görə, təyyarədə ümumilikdə 3 ekipaj üzvü və 39 sərnişin olub.

Kaye bildirib ki, hadisə əlverişsiz hava şəraiti nəticəsində baş verib.

Sərnişinlərin təxliyəsi zamanı uçuş-enmə zolağı müvəqqəti olaraq digər təyyarələr üçün bağlanıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*