Nazirliklərin avtomobilləri satışa çıxarılır – FOTObackend

Nazirliklərin avtomobilləri satışa çıxarılır - FOTO

11 may 2021-ci il tarixdə hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

KONKRET.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata əsasən, nəqliyyat vasitələri üzrə qiymətlər 1000 manatdan başlayır, 18 min manata qədər artır.

Siyahıda təqdim edilən bəzi nəqliyyat vasitələri təkrar hərraca çıxarılıb. Təkrar hərraca çıxarılan nəqliyyat vasitələrinin böyük qisminə 10, 25 və 50 faiz dəyərində endirim edilib.

Qeyd edək ki, sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında, yaxud e-emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*