Neft nəhəngi Qırmızı dənizdə daşımalarını dayandırdıbackend

Neft nəhəngi Qırmızı dənizdə daşımalarını dayandırdı

Britaniyanın neft-qaz şirkəti “Shell” Qırmızı dəniz vasitəsilə bütün daşımaları qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Bildirilir ki, keçən ay “Shell” şirkətinə məxsus tanker pilotsuz təyyarənin hücumuna məruz qalıb və Qırmızı dənizdə husilər tərəfindən təqib edilib.

“Keçən həftə şirkət gələcək hücumların bölgədə böyük neft sızmasına səbəb ola biləcəyi və gəmi ekipajlarının təhlükəsizliyini təhdid edə biləcəyi ilə bağlı bütün tranzit daşımaları dayandırmaq qərarına gəlib”, – yazıda bildirilib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*