Neft yataqlarını bombalamaq və işğal etməklə HƏDƏLƏDİ: ABŞ və Səudiyyənin 77 illlik SİRRİbackend

Neft yataqlarını bombalamaq və işğal etməklə HƏDƏLƏDİ: ABŞ və Səudiyyənin 77 illlik SİRRİ

ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanına səfəri iki ölkə arasında 1945-ci ildən başlayan münasibətlərin bundan sonra da neft üzərində formalaşacağını göstərir.

“Prezident kimi ölkəmizi güclü və təhlükəsiz saxlamaq mənim işimdir. Biz Rusiyanın təcavüzünə qarşı dayanmalı, Çinlə mübarizə aparmaq üçün özümüzü ən yaxşı ərazidə yerləşdirməli, bütün dünyada daha çox sabitlik üçün çalışmalıyıq. Səudiyyə Ərəbistanı bu ölkələrdən biridir. Səudiyyə Ərəbistanı liderləri ilə görüşəndə ​​məqsədim ümumi maraqlar və məsuliyyətlərə əsaslanan strateji tərəfdaşlığımızı gücləndirmək olacaq”.

KONKRET.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden “Washington Post” qəzetində dərc olunan “Niyə Səudiyyə Ərəbistanına gedirəm” başlıqlı yazı ilə səfərinin məqsədini açıqlayıb. Trampa rəqib olduğu  prezident seçkiləri vaxtında Səudiyyə Ərəbistanını və vəliəhd şahzadə Məhəmməd bin Salmanı tez-tez sərt sözlərlə tənqid edən Bayden, Rusiyanın Ukraynaya hücumu ilə başlayan enerji böhranı fonunda  neft hasil edən ölkələrlə münasibətləri yenidən nəzərdən keçirməli oldu. İş o yerə çatıb ki, ABŞ və Səudiyyə Ərəbistanı arasındakı münasibətlər 77 ildən sonra yenidən neftə görə formalaşıb.

Kral Abdülaziz ve ABD Başkanı Franklin Roosevelt. Fotoğraf: Şark'ul Awsat

Əbdüləziz əl-Səud Birinci Dünya Müharibəsindən sonra Ərəbistan yarımadasında başlayan tayfalar arasında gedən müharibədən qalib çıxdı. Bölgənin qüdrətli lideri Şərif Hüseyn isə məğlub oldu. Krallığın cəmi 6 illiyi olanda onun ərazisində dünyanın ən böyük neft ehtiyatları aşkar edildi. Bu hadisə ölkənin tarixində dönüş nöqtəsinə çevrildi. Lakin dünya sürətlə yeni müharibəyə doğru gedirdi. Hitlerin Avropanı bürüyən hücumları fonunda Birinci Dünya Müharibəsində olduğu kimi, nəticəni yeni böyük dövlət olan ABŞ müəyyən edəcəkdi. Müharibə Yaxın Şərqdə də yaxından izlənilirdi. Əbdüləziz əl-Səudun vətəndaş müharibəsi zamanı və sonralar yaxın münasibətdə olduğu İngiltərə artıq əvvəlki gücündə deyildi. Ona görə də 14 fevral 1945-ci ildə əhəmiyyəti daha çox başa düşülən görüş oldu.

Amerika prezidenti Franklin Delano Ruzvelt Süveyş kanalında Acı göldə lövbər salmış “USS Quincy” kreyserində Səudiyyə Ərəbistanının kralı Əbdüləzizlə görüşdü. Beləliklə də Səudiyyə Ərəbistanında neftin çıxarılmasında əsas pay ABŞ şirkətlərinə verildi.

İndi görüşdən 77 il keçir. Dünyanın 7 ən inkişaf etmiş iqtisadiyyatına malik ölkələrin liderlərini bir araya gətirən G7 Sammitində Fransa prezidenti Emanuel Makron ABŞ prezidenti Co Baydenə neft hasilatı ilə bağlı mühüm məlumatlar verib: “Onunla telefon danışığım olub (Birləşmiş Ərəb Əmirliklərinin lideri Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanı nəzərdə tutur). O, mənə iki şeyi dedi. Birincisi, maksimum istehsal gücüdür. İkincisi, səudiyyəlilər qiyməti bir az da artıra bilər”.

Makronun qeyd etdiyi kimi, Səudiyyə Ərəbistanının neft hasilatını artırmaq qabiliyyəti onu enerji bərabərliyindəki digər aktorlardan fərqləndirir. Mütəxəssislər, Baydenin tənqid atəşinə tutduğu  Səudiyyə Ərəbistanı ilə enerji problemlərini həll edəcək düsturla razılaşmaq istəyini alqışlayırlar.

Biden ve Emanuel Macron. Fotoğraf: Reuters

Qeyd edək ki, Səudiyyə Ərəbistanının formalaşdığı dövrlərdə Yaxın Şərqdə yeni bir dövlət yaranırdı. 1948-ci ildə İsrail Dövlətinin yaradılması bu günə qədər davam edəcək münaqişənin ən mühüm məqamlarından biri idi. İş o yerə çatıb ki, ərəb ölkələrinin, xüsusilə Misirin İsraillə müharibələri Səudiyyə Ərəbistanı-ABŞ münasibətlərini çətin sınaqlardan keçməyə vadar edib. ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyi ərəblərin sərt reaksiyasına səbəb olub. 1967-ci ildə ərəblərin böyük məğlubiyyətə uğradığı müharibənin revanşı 1973-cü ilin oktyabrında onların qəfil hücumu ilə qarşılandı. O zaman Səudiyyə Ərəbistanının kralı olan Feysəl bin Əbdüləziz ərəblərin neft sahəsində mühüm “oyunçu” olduğunu yaxşı başa düşürdü.

Kral Faysalın təşəbbüsü ilə OPEK üzvü olan ərəb ölkələri ABŞ-ın İsrail ordusuna dəstəyinə reaksiya verərək 15 oktyabr 1973-cü ildə neft embarqosu elan etdilər.Faysal “qara qızıl”dan silah kimi yararlandı və artan neft qiymətlərindən istifadə edərək ölkə xəzinəsini doldurdu. Həmin vaxt region ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərinin ən gərgin dövrlərindən birinə şahidlik edirdi. İsraillə ərəb dövlətləri arasında diplomatiya həyata keçirən ABŞ dövlət katibi Henri Kissincer bu çətin dövrün ən önəmli aktyorlarından biri idi.

Kral Faysalın oğlu və Səudiyyə Ərəbistanında uzun müddət Kəşfiyyat İdarəsinin rəhbəri işləyən şahzadə Turki bin Faysalın sözlərinə görə, atası Kral Faysal nazirlikdən ayrıldıqdan sonra “Əl Qabas” telekanalına verdiyi uzun müsahibənin 5-ci hissəsində ABŞ tərəfindən təhdid edildiyini deyib. Şahzadə Turki atasına çatdırılması üçün ona xəbərdarlıq məktubunun verildiyini açıqlayıb. Məktubda yazılmışdı ki, Qərbə qarşı embarqo tez bir zamanda aradan qaldırılmazsa, ABŞ maraqlarını qorumaq üçün hər cür tədbir görəcək. Şahzadə həmçinin əlavə edib ki,  təhdid məktubu imzasız və ABŞ-ın kəşfiyyat təşkilatı olan CIA tərəfindən ona göndərilib. Kral Faysal isə cavabında, “İsrailə dəstəyi dayandırsanız, embarqo sona çatar” deyib. Lakin Kissincer təhlükəni növbəti səviyyəyə çıxararaq, neft quyularını bombalamaqla hədələyib. Faysalın cavabı isə qısa olub: “Əlbəttə, siz bizim neft quyularımızı bombalaya bilərsiniz. Amma unutmayın ki, biz və əcdadlarımız xurma və dəvə südü ilə yaşamışıq və indi də bu cür yaşaya bilərik. Amma siz indi neftsiz yaşaya bilməzsiniz”.

Ambargo, Batılı ülkelerde büyük bir enerji buhranına yol açtı.

Lakin sonrakı illərdə OPEK-in üzvü olan ərəb ölkələri embarqonu yavaş-yavaş aradan qaldırmağa başladılar. Kral Faysal embarqonun tətbiqindən iki il sonra, 25 mart 1975-ci ildə öz sarayında öldürüldü. Sui-qəsdin səbəbkarı isə kralın qardaşı oğlu, uzun illər Amerikada yaşayan Feysəl bin Musaid idi.

Bəzi Britaniya sənədlərinə nəzər saldıqda ABŞ-ın Səudiyyə Ərəbistanını işğal etmək planlarına rast gəlmək mümkündür. Hətta bu məsələ ilə bağlı kəşfiyyatdan ətraflı hesabat da tələb olunub. Hesabatda ABŞ-ın neft yataqlarını ələ keçirmək üçün sürətli əməliyyat keçirməyi ciddi şəkildə düşündüyü əksini tapıb.

Kral Faysal ve Hanry Kissenger. Fotoğraf: library of congress

Hazırda bir çox ekspertlər hesab edir ki, Rusiya-Ukrayna müharibəsindən sonra artan enerji qiymətləri fonunda Bayden administrasiyası neft hasilatını artırmaq üçün Səudiyyə Ərəbistanına ehtiyac duyur. İran, İsrail və Yəmən gündəmdə olsa da, Baydenin siyahısında Səudiyyə Ərəbistanı birinci yerdə gəlir. Beləliklə 77 il əvvəl başlayan və enişli-yoxuşlu yolar keçən ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri Baydenin səfəri ilə “yeni dövrə” qədəm qoyur.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*