“Neftçi”- “Beşiktaş”, “Sabah”-“Partizan“ oyunları keçiriləcəkbackend

“Neftçi”- “Beşiktaş”, “Sabah”-“Partizan“ oyunları keçiriləcək

“Neftçi” bu gün növbəti avrokubok matçına çıxacaq.

KONKRET.az apasport.az-a istinaən xəbər verir ki, Bakı klubu Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşünü keçirəcək.

Adrian Mutunun yetirmələri Türkiyədə “Beşiktaş”la üz-üzə gələcək. Bakıda 1:3 hesabı ilə uduzan “Neftçi” səfərdə revanş almağa çalışacaq. Avrokuboklarla vidalaşmamaq üçün bakılılar çətin vəzifənin öhdəsindən gəlməlidir.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu

17 avqust
21:00. “Beşiktaş” (Türkiyə) – “Neftçi” (Azərbaycan)

Baş hakim: Yulian Veinberger (Avstriya)
İstanbul. “Beşiktaş Park”
İlk oyun – 3:1

Həmçinin “Sabah” klubu da turnir çərçivəsində bu gün növbəti oyununa çıxacaq.

Komanda Serbiya “Partizan”ı ilə səfər matçına 2:0 üstünlüklə yollanıb.

Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu

17 avqust
23:00. Partizan (Serbiya) – “Sabah” (Azərbaycan)

Baş hakim: Bartoş Frankovski (Polşa)

Belqrad. “Partizan”.

İlk oyun – 2:0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*