“Neftçi” Konfrans Liqası ilə vidalaşdıbackend

“Neftçi” Konfrans Liqası ilə vidalaşdı

“Neftçi” bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsi çərçivəsində cavab oyununa çıxıb.

KONKRET.az xəbər verir ki, Bakı klubu İstanbulda “Beşiktaş”la qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.

“Neftçi” Bakıdakı ilk qarşılaşmada rəqibinə 1:3 hesabı ilə uduzub. Beləliklə, paytaxt təmsilçisi Konfrans Liqasında mübarizəni dayandırıb.

17 avqust

22:00. “Beşiktaş” (Türkiyə) – “Neftçi” (Azərbaycan) – 2:1

Qol: Vensan Abubakar, 57, Cekson Muleka, 71 – Emin Mahmudov, 35

Baş hakim:  Julian Veynberger (Avstriya)

İlk oyun – 3:1

“Vodafon Park”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*