“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli oldubackend

“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli oldu

UEFA Konfrans Liqasında mübarizə aparacaq “Neftçi”nin növbəti mərhələdəki potensial rəqibi müəyyənləşib.

KONKRET.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Bakı klubu II təsnifat mərhələsində Belarusun “Dinamo Minsk” və Şimali Makedoniyanın “Sileks” komandaları arasında keçiriləcək cütün qalibi ilə üz-üzə gələcək.

Paytaxt təmsilçisi rəqibinin adına həmin qarşılaşmanın nəticəsindən sonra aydınlıq gətirəcək.

Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları iyulun 23 və 30-da baş tutacaq.

“Neftçi” azarkeşləri artıq komandanın Avropa arenasındakı növbəti sınağını maraqla gözləyirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*