“Neftçi” qələbə ilə növbəti mərhələyə YÜKSƏLDİbackend

“Neftçi” qələbə ilə növbəti mərhələyə YÜKSƏLDİ

“Neftçi” UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.

KONKRET.az xəbər verir ki, Bakı klubu II raundun cavab oyununda doğma arenasında Bosniya və Herseqovinanın “Jelezniçar” komandasını 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.

İlk qarşılaşmada rəqibi ilə 2:2 hesablı bərabərə qalan Adrian Mutunun baş məşqçi olduğu kollektiv iki görüşün nəticəsinə əsasən adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, “Neftçi” III təsnifat mərhələsində “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun oyunları 10-17 avqustda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*