Neftin qiyməti 173 dollaradək yüksələ bilər – Proqnozbackend

Neftin qiyməti 173 dollaradək yüksələ bilər - Proqnoz

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) müsbət ssenarisinə əsasən, “Brent” markalı neftin bir barelinin qiyməti 2050-ci ilə 173 dollaradək yüksələ bilər.

KONKRET.az xəbər verir ki, bu barədə EIA-in 2050-ci ilədək qlobal enerji bazarlarındakı vəziyyətin inkişafına dair hesabatında qeyd olunub.

Məlumata görə, qeyd olunan qiymət 2020-ci il üçün dollar məzənnəsinə uyğun olaraq hesablanıb.

Mütəxəssislərin fikrincə, mənfi ssenariyə uyğun olaraq, hesabat dövründə “Brent”in qiyməti 48 dollar, realistik ssenariyə uyğun isə 95 dollar təşkil edə bilər. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*