Nəqliyyat və kommunikasiya naziri qəflətən vəfat etdibackend

Nəqliyyat və kommunikasiya naziri qəflətən vəfat etdi

Belarusun nəqliyyat və kommunikasiya naziri Aleksey Avramenko 47 yaşında qəflətən vəfat edib.

KONKRET.az xəbər verir ki, məlumatı “BelTA” yayıb.

Məlumata görə, nazirin ölümünün səbəbi açıqlanmayıb.

Bildirilib ki, A. Avramenko 1977-ci ildə Minskdə anadan olub. 1999-cu ildə Belarus Dövlət Politexnik Akademiyasını, 2010-cu ildə Belarus Prezidenti yanında İdarəetmə Akademiyasını bitirib. 2006-cı ildən Belarus hökumətində işləyir. 2019-cu ildə Prezident Aleksandr Lukaşenko onu nəqliyyat və kommunikasiya naziri təyin edib.

Məlumata görə, bu, son bir ildə Belarus hökumətində ikinci qəfil ölüm hadisəsidir. 2022-ci ilin noyabrında ölkənin xarici işlər naziri Vladimir Makey 64 yaşında qəflətən vəfat etmişdi. O, bu vəzifədə 2012-2022-ci illərdə işləyib.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*