Nərgizin Rusiyaya girişi 50 il müddətinə qadağan edildi – YENİLƏNİBbackend

Nərgizin Rusiyaya girişi 50 il müddətinə qadağan edildi – YENİLƏNİB

Özbək müğənni Nərgiz Zakirovanın Rusiyaya girişi 50 il müddətinə qadağan edilib.

KONKRET.az “Starhit”ə istinadən xəbər verir ki, buna ifaçının Rusiya-Ukrayna müharibəsində tutduğu mövqe səbəb olub.  Sənətçi 2072-ci ilə qədər Rusiyaya gedə bilməyəcək.

“Məndə Nərgizin 50 il Rusiyaya girişinin qadağan edildiyi qərar var. Bu, xüsusi əməliyyatı pisləyən ictimai xadimlərin aldığı standart qadağadır. Nərgiz buna hazır idi. O, belə tədbirlərin görüləcəyini güman edirdi”, – deyə müğənninin vəkili Bəhram İsmayılov bildirib.

O, eyni zamanda müvəkkilinə qarşı cinayət işi açılmadığını da izah edib.

Bundan əvvəl mətbuatda Zakirovanın Daşkənddən gəldikdən sonra Moskvanın Domodedovo hava limanında saxlanması ilə bağlı məlumatlar yayılıb. Vesti.uz müğənninin Rusiyaya buraxılmadığını və Özbəkistana deportasiya oluna biləcəyini yazıb.

14:41

Populyar özbək müğənni Nərgiz Zakirova Daşkənddən Rusiyaya qayıtdıqdan sonra Moskvanın “Domodedovo” hava limanında saxlanılıb.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, musiqiçinin yenidən Özbəkistana deportasiya oluna biləcəyi deyilir.

Qeyd edək ki, Rusiya ilə bağlı sərt açıqlamalar verən Zakirova Ukraynadakı vəziyyət fonunda aprel ayında Özbəkistana qayıtmışdı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*