Nəsrullah yunan Kiprini ​​hədələdibackend

Nəsrullah yunan Kiprini ​​hədələdi

“Biz yunan Kiprinə zərbə endirəcəyik!”.

KONKRET.az xəbər verir ki, İsrail-Livan xəttində gərginliyin sürətlə artdığı bir vaxtda Hizbullah lideri Nəsrullah mümkün müharibədə İsraillə hərbi əməkdaşlıq edən Cənubi Kipri ​​vura biləcəklərini bildirib.

İsrailin Cənubi Kiprdə davamlı olaraq hərbi təlimlər keçirdiyini ifadə edən Nəsrullah deyib ki, Cənubi Kiprdəki bazalarının Livana qarşı mümkün hücumda istifadə ediləcəyi ilə bağlı kəşfiyyat məlumatı alıb. Belə bir vəziyyətdə bütün günah Cənubi Kipr Rum Administrasiyasının üzərinə düşür.

Hizbullah lideri bu açıqlama ilə ilk dəfə olaraq birbaşa Avropa Birliyinə üzv ölkəni hədəf alacağı ilə hədələyib. Cənubi Kipr prezidenti Nikos Hristodulidis İsraillə Hizbullah arasında tərəf tutmadıqlarını bildirib və “Kipr problemin deyil, həllin bir parçasıdır” deyib.

Qeyd edək ki, Cənubi Kipr administrasiyası daha əvvəl İsrail ordusuna təlimlərdə öz hava məkanından istifadə etməyə icazə vermişdi.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*