Netanyahu ABŞ-yə getdi – Nələr müzakirə ediləcək?backend

Netanyahu ABŞ-yə getdi - nələr müzakirə ediləcək?

İsrailin baş naziri Benyamin Netanyahu Trampla danışıqlar aparmaq üçün Vaşinqtona gedib.

KONKRET.az “Times of Israel”ə istinadən xəbər verir ki, İsrailin baş naziri Vaşinqtonda ABŞ prezidenti Donald Trampla “girov məsələləri, Qəzzada qələbənin başa çatması və əlbəttə ki, tarif rejimini” müzakirə edəcəyini bildirib.

Netanyahunun ofisi əlavə edib ki, İsrailin baş naziri və Amerika prezidenti həmçinin “İsrail və Türkiyə arasındakı münasibətləri, İran təhlükəsini və Beynəlxalq Cinayət Məhkəməsi ilə qarşıdurmanı” müzakirə edəcəklər.

Netanyahu qeyd edib ki, o, tariflərlə bağlı Trampla şəxsən görüşən ilk dünya lideridir.

“Bu, xüsusi şəxsi əlaqəni və Birləşmiş Ştatlar və İsrail arasında hazırda çox vacib olan xüsusi əlaqəni əks etdirir.” , – deyə İsrailin baş naziri bildirib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*