İsrailin baş naziri Benyamin Netanyahu şənbə günü Misirlə Qəzza arasındakı sərhədin bağlanmalı olduğunu deyib,
KONKRET.az-ın məlumatına görə, brifinq zamanı Netanyahu bildirib ki, İsrail Misir və Qəzza sərhədində 14 kilometrlik ərazi zolağı olan Filadelfiya dəhlizini bağlayana qədər müharibəni bitmiş hesab etməyəcək.
“Biz HƏMAS-ı məhv edəcəyik, Qəzzanı demilitarizasiya edəcəyik, hərbi texnika və digər ölümcül silahlar bu cənub keçidinə axmağa davam edəcək. Buna görə də təbii ki, onu bağlamalıyıq”, – Netanyahu bildirib.
Burhan,
KONKRET.az
