Netanyahu ölümlə hədələndiyini deyir.
KONKRET.az xəbər verir ki, bu barədə İsrailin JNS resursu Baş nazirin bəyanatına istinadən məlumat verib. Məlumata görə, şənbə günü gecə İsrailin Baş naziri Benyamin Netanyahu ona və digər rəsmilərə qarşı təhdidlərin “artan dalğasını” kəskin tənqid edib.
“Elə bilirdik ki, seçilmiş məmurlara və mənə qarşı təhdidlər bütün sərhədləri aşıb. Lakin bu belə deyil. Çünki indi biz ancaq İsrailin Baş nazirinə qarşı açıq-aşkar sui-qəsd təhdidini eşidirik və görürük”, – Netanyahu açıqlamasında bildirib.
“Mən bilirəm ki, demokratiyanı nəyin təhdid etdiyi ilə bağlı müzakirələr gedir, lakin bu, müzakirə ediləcək bir şey deyil. Bu, həqiqətən də demokratiyanı təhdid edir”, – deyə o əlavə edib.
Netanyahunun bu sözləri keçmiş İsrail Hərbi Hava Qüvvələrinin pilotu Zeev Razanı qəzəbləndirib.
“Baş nazir ayağa qalxıb diktator səlahiyyətlərini öz üzərinə götürürsə, demək, o öldü, bu qədər sadə… Onları öldürmək məcburiyyəti var”, – deyə Razan “Facebook”da yazıb.
Qeyd edək ki, 1981-ci ildə prezident Səddam Hüseynin dövründə İraqda nüvə reaktorunu bombalayan döyüş təyyarələrindən birini idarə edən Razan uzun müddətdir Netanyahu əleyhinə etiraz hərəkatının fiqurlarından biridir.
Xuraman Etibarlı,
KONKRET.az
