Neymar “Əl-Hilal”a keçdibackend

Neymar “Əl-Hilal”a keçdi

Braziliyalı hücumçu Neymar Paris Saint-Germain-dən “Əl-Hilal”a keçib.

KONKRET.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Mətbuatda 31 yaşlı hücumçunun iki illik maaşının 300-400 milyon avro olacağı bildirilir. Neymar Əl-Hilalın hər qələbəsinə görə 80 min avro alacaq və Səudiyyə Ərəbistanını təbliğ etdiyi hər sosial media paylaşımına görə oyunçuya 500 min avro ödəniləcək .

Neymar ötən mövsüm liqada 20 oyun keçirib, 13 qol vurub, 11 məhsuldar ötürmə edib. PSJ Fransa çempionu olub. 2022/23 mövsümündə klub Çempionlar Liqasının 1/8 finalına yüksəlib və burada “Bavariya”ya uduzub. Parislilərin bu turnirdəki ən yaxşı nəticəsi 2019/20 mövsümünün finalına vəsiqədir. Neymar altı matçda (2+2) iştirak edib.

Daha əvvəl Neymara “Əl-Hilal”a keçmək üçün Səudiyyə Ərəbistanı qanunlarını pozmağa icazə veriləcəyi bildirilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*