“Nikol Bakı üçün ən rahat fiqurdur, razılaşacaq” – ŞƏRHbackend

“Nikol Bakı üçün ən rahat fiqurdur, razılaşacaq” - ŞƏRH

Ermənistanın müharibədə məğlub olmasına baxmayaraq, Nikol Paşinyan hakimiyyətini qorumaq üçün hələ də müqavimət göstərir. Bu, müxalifətin zəifliyindəndir, yoxsa xarici qüvvələrin dəstəyi rol oynayıb?

KONKRET.az xəbər verir ki, tanınmış analitik, Qafqaz üzrə ekspert, “Azadlıq” radiosunun köşə yazarı Vadim Dubnov media.az-a bununla bağlı şərh verib.

“Əlbəttə, Ermənistanda müxalifət zəifdir, hansı ki, ümumi narazılıq və hətta məğlubiyyət fonunda ortaq bir gündəm qura bilmədi. Ötən ilin noyabrında həqiqətən elə görünürdü ki, Paşinyan müqavimət göstərə bilməyəcək. Amma müxalifət hər şeyin artıq həll olunduğunu düşünərək xüsusi bir fəaliyyət göstərmədi və yanıldı. Sadəcə bəzi gizli qaynaqlar cəlb edildi və məğlubiyyət mövzusu, Ermənistan rəhbərliyinin sistem səhvləri “xəyanət”, “cəbhədə səhv davranış” və “mövqelərin təslim edilməsi” mövzusu ilə əvəz olundu”, – deyə Dubnov bildirdi.

Müsahib bildirdi ki, Ermənistanda isə hər kəsə vəd olunan qələbə gözlənilirdi, həmçinin müharibənin başlanılmasına qətiyyətlə qarşı olanlarla “yenilməz Ermənistanın” müharibədə qələbəsinin zəruriliyini iddia edənlər arasında polemikalar yaşandı və bütün bunlar müəyyən dərəcədə Nikol Paşinyanı xilas etdi.

“Küçələrə Ermənistan baş nazirini xəyanətdə günahlandıranlar axışırdı. Ancaq əksəriyyət buna dəstək vermədi, çünki anlayırdılar ki, müharibənin davam etməsi yeni qurbanlar, yeni itkilər demək idi. Beləliklə, Paşinyanın müharibədən əvvəl buraxdığı səhvlərə baxmayaraq, cəmiyyətin əhəmiyyətli bir hissəsi hərbi fəaliyyətlərin dayandırılmasına razılaşdığı üçün ona minnətdardır. Bax burada müxalifət yanıldı”, – deyə ekspert vurğuladı.

Analitik digər vacib məqam kimi Ermənistanda “hökumət sükanı”nı yola “atılıb qalan zaman” heç kimin onu ​​qaldırmağa cürət etməməsini göstərdi.

“Bir az ağalıq etməyə hazır olan Vazgen Manukyan var idi. Ancaq yenə də keçən ilin noyabr-dekabr aylarında çox az adam ölkəyə rəhbərlik etmək istəyirdi, çünki bu, gələcək siyasi perspektivlərinə son qoymaq demək idi”.

Dubnov üçüncü vacib məqam kimi Moskvanın baş nazirə dəstəyini və Bakıya Paşinyanın sərf etməsini göstərdi:

“Onunla işləmək daha rahatdır, azı ona görə ki, Paşinyana bundan daha pis heç nə ola bilməz. Hələ həll olunmamış qalan bütün çətin məsələləri də onunla razılaşdırmaq rahatdır”.

Bəs görəsən indiki baş naziri əvəzləyə biləcək Ermənistanın yeni lideri müqavilələrdən imtina edə bilərmi?

Müsahib bunu qətiyyətlə mümkün olmadığın deyərək, yeni hökumət başçısının bütün “Moskva təklifləri” ilə razılaşacağını bildirdi.

“Ancaq hakimiyyəti, yeni danışıqları möhkəmləndirmək üçün vaxt lazımdır. Beləliklə, təkrar edirəm, Paşinyan indi ən rahat fiqurdur”, – deyə Vadim Dubnov sözlərini yekunlaşdırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*