Nikolas Maduro Şəhidlər xiyabanını ziyarət etdi – FOTObackend

Nikolas Maduro Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro iyunun 17-də Şəhidlər xiyabanını ziyarət edib.

KONKRET.az xəbər verir ki, Prezident Nikolas Maduro Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Azərbaycan Bakının mənzərəsini seyr edən Venesuela Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*