Faşist və terrorçu Qaregin Njdeyə Azərbaycan Respublikasının Xocavənd şəhərində separatçı ermənilər tərəfindən ucaldılmış abidəsi söküləcək.
KONKRET.az xəbər verir ki, belə bir məlumat sosial şəbəkələrin erməni seqmentində yayılıb və xəstə irqçi təxəyyüllü ermənilər arasında həyəcana səbəb olub.
Məlumatda bu qərarın qəsbkar ölkənin Baş naziri Nikol Paşinyanın komandası tərəfindən verildiyi bildirilir.
Erməni rejiminin bu addımı Azərbaycan dövlətinin təzyiqi altında atması və artıq Qarabağda hələ də sülənən separatçı-terrorçu xuntanın tör-töküntülərinin başçısı Araik Arutyunyana müvafiq göstəriş verildiyi də vurğulanır./moderator.az/
