Nobel Sülh mükafatı Rusiya, Ukrayna və Belarusdan olan hüquq müdafiəçilərinə verilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsi məlumat yayıb.
Bildirilib ki, mükafat Rusiyanın “Memorial” mərkəzinə, belaruslu fəal Ales Bialiatskiyə və Ukrayna “Vətəndaş Azadlıqları Mərkəzi”nə verilib.

“Onlar uzun illər vətəndaşların hüquqlarını qorumağı təbliğ ediblər. Onlar müharibə cinayətlərini, insan hüquqlarının pozulmasını və hakimiyyətdən sui-istifadə hallarını sənədləşdirmək üçün böyük səylər göstəriblər. Onlar vətəndaş cəmiyyətinin sülh və demokratiya üçün əhəmiyyətini nümayiş etdirirlər”, – məlumatda deyilir .
İqbal Rzayev,
KONKRET.az
