Norveç Kralı V Harald vəfat edib.
KONKRET.az xəbər verir ki, kral V Harald 89 yaşında vəfat edib.
Məlumata görə, son bir neçə gündür Osloda xəstəxanada qan xəstəliyi (hemolitik anemiya) və ciddi infeksiya səbəbindən müalicə alan kralın vəziyyəti kəskin pisləşmişdi.
Qeyd edək ki, kralın vəfatından sonra taxt-taca onun oğlu, artıq yeni kral olan Haakonun sahiblənəcəyi bildirilir.
