Norveç Rusiya ilə sərhəddə hasar çəkmək istəyirbackend

Norveç Rusiya ilə sərhəddə hasar çəkmək istəyir

Norveç hökuməti Rusiya ilə sərhəddə hasar çəkmək barədə düşünür.

KONKRET.az xəbər verir ki, bunu Norveç ədliyyə naziri Gmil Mel bildirib.

Norveç hakimiyyəti Finlandiyanın Rusiya ilə sərhədə hasar çəkmək barədə qərarından sonra bu barədə düşünməyə başlayıb. Nazir deyib ki, bütün sərhəddə, yaxud sərhədin müəyyən hissələrində hasar çəkilməsi aktual ola bilər. Eyni zamanda hasar təkcə çəkindirmə üçün deyil, üzərində insanları aşkar etmək üçün istifadə edilə bilən sensorlar olur.

Qeyd edək ki, Norveçin Rusiya ilə 200 km sərhədi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*