Növbəti əsir mübadiləsi: 108 ukraynalı qadın təhvil verildibackend

Növbəti əsir mübadiləsi: 108 ukraynalı qadın təhvil verildi

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, 110 nəfər Rusiyaya, 108 nəfər qadın Ukraynaya qaytarılıb.

“Danışıqlar prosesi nəticəsində Kiyev rejiminin nəzarətində olan ərazidən 72 nəfər mülki dənizçi olmaqla 110 Rusiya vətəndaşı geri qaytarılıb.

108 ukraynalı qadın hərbçi Ukrayna tərəfinə təhvil verilib. Mübadilədən əvvəl iki ukraynalı qadın Ukraynaya qayıtmaqdan imtina edərək könüllü olaraq Rusiya Federasiyasında qalmaq istəyiblər”, – deyə məlumatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*