Nyu-Yorkda adı qalmaqallara qarışan ev 190 milyon dollara satıldıbackend

Nyu-Yorkda adı qalmaqallara qarışan ev 190 milyon dollara satıldı

Nyu-York şəhərində 4 yataq otaqlı, mərkəzi parkın mənzərəsinə baxan bir ev 190 milyon dollara satılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Evin satıcısı, adı müxtəlif qalmaqallara qarışan Daniel Oç evi 2 il əvvəl 93 milyon dollara alıbmış.

900 kvadrat metrlik ev Manhetten rayonunun tam mərkəzində, “220 Central Park South” ünvanında, bir göydələndə yerləşir. Həmin rayon dünyanın ən bahalı və lüks səmtlərindən hesab olunur.

Həmin göydələndəki digər ev ABŞ-ın məşhur fondlarından birinin top-menecerlərindən sayılan, milyarder Ken Qriffin tərəfindən 238 milyon dollara alınıb. Bu ABŞ tarixində ən bahalı mənzil alqı-satqısı sayılır. /Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*