Milli Onkologiya Mərkəzində otaqlardan birində partlayış baş verib.
KONKRET.az xəbər verir ki, bizim.media-nın əldə etdiyi məlumata görə, partlayış nəticəsində xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim isə xəsarət alıb.
Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub və faktla bağlı araşdırma aparılır.
