“O, Niderlanda köçmək istədiyinə görə istefa verib” – Kerobyanbackend

“O, Niderlanda köçmək istədiyinə görə istefa verib” - Kerobyan

“Nazir müavini Ani İspiryan Niderlanda köçmək istəyirmiş. İstefa ərizəsi yazmasının səbəbi də bu imiş”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Vaan Kerobyan yanvarın 31-də keçirdiyi brifinqdə jurnalistlərə bildirib.

Onun sözlərinə görə nazirlikdə aparılan yoxlamalarla İspiryanın işdən çıxarılmasının heç bir əlaqəsi yoxdur. Vaan Kerobyan bildirib ki, bu hadisə sırf təsadüf nəticəsində baş verib. O vurğulayıb ki, İspiryan Niderlandda işləmək üçün dəvət alıb: “Köçməyə bir neçə gün qalmış nazir müavini istefa ərizəsi yazıb”.

Kerobyan istintaq prosesləri ilə bağlı bir sıra suallara cavab verməkdən imtina edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*