Ofelya Sənaninin son durumu ilə bağlı açıqlamabackend

Ofelya Sənaninin son durumu ilə bağlı açıqlama

Xalq artisti, tanınmış diktor Ofeliya Sənani xəstəxanadan evə buraxılıb.

KONKRET.AZ xəbər verir ki, yeniçağ-a açıqlama verən diktor səhhətindən danışıb:

“Dünən evə gəldim. Yaxşıyam, amma hələ ağrılarım var. Həkim nəzarəti altında müalicəm davam edəcək”.

Xalq artisti xalqın ona olan sevgisindən kövrəlib:

“Hərdən adamlar deyir ki, varım-dövlətim, bir neçə yerdə evim olaydı. Amma əsas olan xalqın sevgisidir. Mən xəstələnəndə milyonların sevgisini hiss etdim. Onların duası məni sağaltdı. Özümü çox xoşbəxt insan sayıram, bu sevgi məni ayaqda tutdu. Demək ki, illərim boşuna keçməyib. Efirdə görüb sevənlər məni yaddan çıxarmayıblar. Hər kəsə qucaq dolusu salamlarımı göndərirəm”.

Bir cavab yazın