Bahalaşma, vergilər və qaçqınlar – Qorxu və narahatlıq artırbackend

Bahalaşma, vergilər və qaçqınlar - Qorxu və narahatlıq artır

Almaniyada əhalinin əsas narahatlıqları yaşayış xərclərinin artması, vergilərin yüksəldilməsi və qaçqınların sayının çoxalması ilə bağlıdır. Müharibə və iş yerini itirmək qorxusu isə azalıb.

KONKRET.az xəbər verir ki, bu nəticələr “R+V Versicherung” şirkətinin artıq 35-ci dəfə keçirdiyi ənənəvi “Almanların qorxuları” adlı illik araşdırmada əksini tapıb.

Almaniya sakinlərinin ən böyük təhlükə kimi göstərdiyi məsələ yaşayış xərclərinin artmasıdır. Ötən il respondentlərin 52 faizi bu variantı seçmişdisə, bu il göstərici 59 faizə yüksəlib.

Araşdırmanın məsləhətçisi, Marburq şəhərindən olan politoloq İzabel Borutski bildirib ki, enerji, mənzil və ərzaq kimi əsas xərclərin qiymətləri əhəmiyyətli dərəcədə artıb.

“Bunun nəticəsində insanların istirahət, məzuniyyət və iri alış-veriş üçün daha az pulu qalır. Onlar getdikcə daha az şey əldə edə bilirlər”, – deyə o izah edib.

Siyahıda ikinci yeri vergilərin artırılması, üçüncü yeri isə qaçqınların sayının artması tutur. Respondentlərin 52 faizi hesab edir ki, dövlət artan qaçqın axınının öhdəsindən gəlməyə bilər.

Sorğuda iştirak edənlərin 45 faizi isə ABŞ Prezidenti Donald Trampın siyasətinin dünyanı daha təhlükəli etdiyini düşünür.

Bununla yanaşı, respondentlərin yalnız 34 faizi Almaniyanın iştirakı ilə müharibə baş verəcəyindən narahatdır. Ötən il bu göstərici 41 faiz olub.

İş yerini itirmək qorxusu isə cəmi 20 faiz təşkil edib. Bu, araşdırmanın bütün tarixi ərzində qeydə alınan ən aşağı göstəricidir.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*