Azər Ələsgərov Mərkəzi Banka baş direktor təyin edildibackend

Azər Ələsgərov Mərkəzi Banka baş direktor təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinat olub.

KONKRET.az xəbər verir ki, AMB-dən verilən məlumata görə, Azər Ələsgərov 1 oktyabr 2026-cı il tarixindən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Azər Ələsgərov əmək fəaliyyətinə 1997-ci ildə Mərkəzi Bankın Pul-kredit siyasəti departamentində başlayıb, müxtəlif illərdə aparıcı iqtisadçı, baş iqtisadçı, şöbə rəisi və departament direktorunun müavini vəzifələrində çalışıb.

O, 2009-cu ilin iyunundan 2026-cı ilin oktyabrınadək Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru vəzifəsini tutub.

Azər Ələsgərov 2012-ci ildə Azərbaycanda bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. O, sosial-iqtisadi problemlərə həsr edilmiş 90-dan çox analitik məqalənin müəllifidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*