“Oğru” dünyasında səs-küylü hadisə – 15 avtoritet həbs edildibackend

“Oğru” dünyasında səs-küylü hadisə - 15 avtoritet həbs edildi

Qazaxıstanda ilin 9 ayı ərzində mütəşəkkil cinayətkar qruplar məsuliyyətə cəlb edilib. Konkret.az yerli mediaya istinadən xəbər verir ki, car il ərzində Qazaxıstanda 146 cinayətkar qrup həbs edilib. Bunlardan 19-u qrup lideri, 112-i mütəşəkkil cinayətkar qrupun üzvü, 15-i cinayət mühitinin tanınmış avtoritetləri olub. Bir cinayətkar orqan, iki lider və axtarışda olan mütəşəkkil cinayətkar qrupun 3 iştirakçısı da saxlanılıb.

Cambul vilayətində transmilli bir qrup da istintaq orqanlarına təhvil verilib. Mütəşəkkil cinayətkar dəstələrin nümayəndələri tərəfindən törədilən ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün bir sıra sərt tədbirlər görülüb. Qeyd edək ki, Qazaxıstanda 15 avtoritetin eyni ildə həbs edilməsi cinayətkar aləmdə böyük səs-küy yaradıb. Artıq qruplar öz aralarında Qazaxıstanı “qırmızı dövlət” elan ediblər.

Konkret.az

Bir cavab yazın