Oğuzda buğda yüklü TIR yanıbbackend

Oğuzda buğda yüklü TIR yanıb 

Oğuzda buğda daşıyan iritonnajlı yük maşını yanıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Qumlaq kəndində, biçilmiş taxıl sahəsində baş verib.

Taxıl sahəsində buğda ilə yüklənmiş TIR-da anidən yanğın baş verib. TIR və içərisində olan 25 ton buğdanın bir hissəsi yanıb.

Yanğın FHN-in Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*